Yanğın kranları otaq döşəməsindən (1,35 ±0,15) m hündürlükdə və içərisindəki havanın dəyişməsini təmin edən deşikləri olan dolablarda yerləşdirilməlidirlər.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Dolablar möhürlənməli və daxili açılmadan müşahidə oluna bilməlidir. Cütləşdirilmiş yanğın kranlarının bir-birinin üstündə yerləşdirilməsinə yol verilir. Belə halda ikinci kran döşəmədən ən azı 1 m hündürlükdə yerləşdirilir.