Tullantı haqqında müəyyən edilən hər bir təhlükəlilik xüsusiyyətinin növü Bazel konvensiyasının müvafiq əlavələrinə uyğun olaraq identifikasiya (eyniləşdirmə) edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Əgər tullantı bir neçə kimyəvi maddənin qarışığından ibarətdirsə, bu halda ilk növbədə əsas ekoloji əhəmiyyətli komponentin (ƏEƏK) tərkibdə olan miqdarı və onun təhlükəli xüsusiyyəti nəzərə alınmalıdır.