Bu gün İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olub.
Heftelik.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri – Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.