Məktəbəqədər təhsil və ümumtəhsil (ibtidai sinif şagirdləri üçün) müəssisələrinin otaqlarında, dəmir yolu vağzallarının, hava limanlarının və digər ictimai binaların ana və uşaq otaqlarında, sanitar-texniki cihazları məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqların istifadəsi nəzərə alınmaqla layihələndirilmiş uşaq müalicə-profilaktika müəssisələrində duş və əlüzyuyanların suayırıcı armaturlarına verilən isti suyun temperaturu 37°C -dən çox olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.