Ümumbina soyuq su sayğaclarının dövri keçid xətlərinin hansı hallarda nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Ümumbina soyuq su sayğaclarının dövri keçid xətləri aşağıdakı hallarda nəzərdə tutulmalıdır:
– bina və qurğunun təsərrüfat-içməli və ya birləşmiş təsərrüfat-yanğın əleyhinə su kəmərinin bir girişi olduqda;
– su sayğacı hesablama maksimal saniyəlik sərfin buraxılmasına (yanğın söndürməyə su sərfi hesaba alınmaqla) hesablanmadıqda.
Sayğaclar quraşdırılan qovşaqların bütün bağlayıcı tərtibatları açıq vəziyyətdə, dövrələmə keçid xəttindəki bağlayıcı tərtibatlar isə bağlı vəziyyətdə möhürlənməlidir.