Uşaq müvafiq istəyini bildirdikdə və ya onun mənafeyi nəzərə alınmaqla, uşağın məhkəmə zalında iştirak etmədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ifadə verməsi təmin olunur.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət üzrə məhkəmə iclası qapalı keçirilir.