Binaların müxtəlif mərtəbəli  hissələri və ya müxtəlif təyinatlı otaqları üçün yanğın əleyhinə su kəmərlərinin vacibliyi və binaların hissələri üçün yanğın söndürməyə su sərfi  normalara əsasən təyin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zaman daxili yanğınsöndürməyə su sərfi qəbul edilməlidir:

– yanğın əleyhinə divarları olmayan binalar üçün – binanın ümumi həcminə görə;

– I və II tipli yanğın əleyhinə divarlarla hissələrə ayrılmış binalar üçün – binanın ən çox su sərfi tələb olunan hissəsinin həcminə əsasən;

I və II odadavamlılıq dərəcəli binalar yanmayan materiallardan tikilmiş dəhlizlərlə birləşdirildikdə və yanğın əleyhinə qapılar qoyulduqda həcm hər bir bina üçün ayrılıqda, yanğın əleyhinə qapılar olmadıqda binanın ümumi həcminə və daha təhlükəli kateqoriyaya əsasən təyin edilir.