Sulama kranlarının (qarışdırıcıların) qoyulmasının haralarda nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sulama kranlarının (qarışdırıcıların) qoyulması nəzərdə tutulmalıdır:
– çirkli istehsalatda iş paltarları qarderoblarında;
– ictimai tualetlərdə;
– 5 və daha çox əlüzyuyan qoyulmuş otaqlarda;
– 3 və daha çox duşu olan otaqlarda;
– döşəmələrinin nəm təmizlənməsi tələb olunan otaqlarda.
İsti su təchizatı sistemi olan bina və qurğular üçün sulama kranlarına soyuq və isti suyun verilməsi təmin edilməlidir.
Yaşayış binalarının zibil toplanan kameralarında isti və soyuq su ilə təchiz edilən sulama kranı (qarışdırıcı), soyuq su verən boru kəmərində spinkler, həmçinin suyu verən boru kəmərindəki sprinkler başlıqlarına qədər yerləşdirərək dispetçer sisteminə bağlamaqla maye axını siqnalizatorunun qoyulması nəzərdə tutulmalıdır.