Bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.
Heftelik.az-ın İran mediasına istinadən verdiyi məlumata görə,partlayış məticəsində 103 nəfər ölüb, 188 nəfər yaralanıb.
İran hakimiyyət orqanları hadisəni terror aktı kimi qiymətləndiriblər.
Yanvarın 4-ü İranda matəm elan olunub.
Qeyd edək ki, Qasim Süleymani 3 yanvar 2020-ci ildə Bağdadda ABŞ-ın pilotsuz təyyarəsinin endirilən zərbə nəticəsində öldürülüb.