Türkiyə təyyarədaşıyan gəmi inşa edəcək.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Müdafiə Sənayesi İcra Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda təyyarədaşıyan gəminin layihələndirmə mərhələsiylə bağlı qərar qəbul edilib.
Müdafiə Sənayesi İcra Komitəsinin MİLGEM 9-10-11-12 tipli hərbi gəmilərin, yeni tip desant və minatəmizləmə gəmilərinin, hücum gəmilərinin inşasına dair də qərar qəbul olunub. Türkiyənin milli qırıcı təyyarəsi KAAN-nın gələcək dönəmdə fəaliyyəti, HÜRKUŞ təlim təyyarələrinin və GÖKBEY helikopterlərinin tədarükünə dair də qərarlar verilib.