Dağıstanın Xasavyurt şəhərində azərbaycanlı qadın iş adamı olan 37 yaşlı ərini dəmir plintusla ölənədək döyüb, sonra da guya “gecənin bir aləmində evə gəlmiş qonaqların ərinə hücum etdiyini” deyib.
Heftelik.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, Röya adlı qadın polisə ifadəsində deyib ki, əri Cabir Dubaydan qayıdıb, ailəliklə onun qayıdışını qeyd edəndə qəflətən evə iki naməlum şəxs soxulub.
Bildirib ki, onlar Cabiri döyüb öldürüblər. Polis binadakı müşahidə videokameralarının çəkdiyi görüntüləri yoxlayanda isə məlum olub ki, həmin gecə ev “iki qonaq” gəlməyib.
Röya daha sonra ifadəsində bildirib: “Cabir həmişə məni vəhşicəsinə döyürdü. Həmin gecə yatanda onu dəmir plintusla döyüb öldürdüm, qisasımı aldım”.