Portuqaliya millisinin və Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Euro-Futbol.Ru” məlumat yayıb.
Hücumçu mükafatı ötən ilinin bombardiri kimi alacaq.
38 yaşlı portuqaliyalı 54 qola imza atıb.
Ondan sonra PSJ-nin hücumçusu Kilian Mbappe və hərəyə 52 qol vuran “Bavariya”nın hücumçusu Harri Keyn gəlir.
Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq.
Ronaldu beşqat “Qızıl top”un sahibidir.