Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Sevil İbayeva infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırdı.
Qeyd edək ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alıb.