Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər.
Çünki onlar bu həmrəylik bayramını alnıaçıq, üzüağ, başlarını dik tutaraq böyük ruh yüksəkliyi ilə eyni zamanda yeni bir ovqatla qeyd edirlər.
Hələ əsası ölməz Ulu Öndərimizin təşəbbüsü ilə 2002-ci il 5 iyul tarixli fərmanla qoyulmuş o dövr üçün çox vacib idi. Dünya azərbaycanlılarının I Qurultayından sonra Ümummilli liderimiz Heydər Əliyev xaricdə yaşayan vətəndaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə həmin ilin dekabrın 27 – də qəbul edilmiş qanunla dünya azərbaycanlılarının milli birliyi yarandı. Bu iş 2006 cı ildə ölkə rəhbərimizin İlham Əliyev Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı xaricdə yaşayan azərbaycanlıların diaspordan ictimaiyyətə çatdırılması işini daha da gücləndirdi. Ulu öndərimiz Heydər Əliyevin “ Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir”. Mən həmişə fəxr etmişəm indidə fəxr edirəm ki, mən Azərbaycanlıyam sözləri hər bir həmvətənlimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dünya azərbaycanlıların birliyi böyük bir bayram kimi qeyd olunmuşdur. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamışdır. Həmrəylik günü hətta milliyyətcə azərbaycanlı olmayıb , Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də böyük təntənə ilə qeyd etdilər. Həmrəylik günü vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərirlər. Ancaq hər birinin qəlbində onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu da müstəqil, suveren Azərbaycan respublikasıdır. Dünya azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının əsasını məhz Azərbaycan dövləti təşkil edir.
2023-cü il Azərbaycanda “Heydər Əliyev” ili elan edilmişdir. Ulu öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Son dövrlərdə işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının qaldırılması Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilindəki, tarixi torpaqlarımıza insanların yürüşü, sərhəd dirəklərini yıxması bütövləşməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişi ümid və inam anıdır. Bu il ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.
Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan azərbaycanlı haqlı olaraq hər zaman bu möhtəşəm nailiyyətimizi böyük qürur hissi ilə yada salacaqlar.
G.H.Hacıyeva
Nəsimi rayon İctimai Şura