Ukrayna milyonçusu Vadim Maşurov Qazaxıstanda axtarışa verilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə məlumat statistika orqanlarının portalında yerləşdirilib.
Bildirilib ki, milyonçu Ukraynada qəsb, avtomobil və adam oğurluğu maddələri üzrə ittiham olunur. Axtarışın təşəbbüskarı Maliyyə Monitorinqi agentliyidir.
Qeyd edək ki, Vadim Maşurov “S-Group” piramidasının yaradıcılarından biridir.