Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Şəhər sakinləri – 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları – 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Ruhiyyə Rəsulova Naxçıvanda jurnalist kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.