Hollivudun alman əsilli aktyoru Kristian Oliver və qızları 12 yaşlı Annik və 10 yaşlı Madita təyyarə qəzasında ölüb.

Heftelik.az-ın məlumatına görə, aktyor və qızlarının olduğu kiçik tutumlu təyyarə Atlantik okeanına çırpılıb.

Təyyarənin pilotu və sahibi Robert Sachs da qəzada ölüb.

Qeyd edək ki, əsl Adı Kristian Klesper olan alman əsilli 51 yaşlı aktyorun olduğu təyyarə Bequia adlı adadan St. Luciaya doğru uçub. Ancaq tək mühərrikli təyyarədə texniki problem yaşanıb. Pilot aeroportda nəzarət qülləsi ilə əlaqə yaradaraq Bequiaya geri dönmək istədiyini bildirib. Lakin pilot bunu bacarmayıb və təyyarə okeana çırpılıb. Təyyarənin düşdüyünü görən dalğıclar və balıqçılar qəzadan qurtulan ola biləcəyini düşünərək bölgəyə doğru hərəkət ediblər. Ancaq aktyor, iki qızı və pilotun hadisə yerində öldüyü üzə çıxıb.

Kristian Oliver 21 yaşından Hollivudda filmlərə çəkilib. Aktyor ölümündən iki gün əvvəl yeni il tətili üçün getdikləri Bequiada çəkdirdiyi bir fotonu “İnstagram”  səhifəsində paylaşıb. Kristian Oliver sosial mediadakı son paylaşımında ailəsi ilə birlikdə getdiyi adanı “Cənnətdə bir yer” olaraq tərif edib və hər kəsin Yeni ilini təbrik edib.

Almaniyada dünyaya gələn Kristian Klesper Frankfurtda büyüyüb, 21 yaşında Los-Angelsə köçüb. Əsl soyadı olan Klepser yerinə Oliver təxəllüsündən istifadə edən aktyor “Speed Racer”, “The Good German”, “Valkyrie” kimi filmlərdə rol alıb. Oliverın kamera qarşısına keçdiyi son film isə “Indiana Jones and the Dial of Destiny” olub.

Qeyd edək ki, Kristian Oliver Jessica Mazur ilə evli olub. Ancaq Jessica Mazur qəza baş verən təyyarədə olmayıb.