Yanvarın 4-də Ukrayna Ordusunun raket və PUA-larla Krıma zərbə endirməsi nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ölməsi ilə bağlı məlumatlar yayılıb.
Heftelik.az-ın xəbərinə görə, Rusiya tərəfi hələlik yayılan məlumatlara rəsmi münasibət bildirməyib.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov isə belə məlumatı təsdiq edə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl bəzi teleqram kanallarında Krımda baş verən hücum nəticəsində Rusiya Baş Qərargah rəisinin “əbədi uçuşa getməsi” barədə məlumatlar yayılıb.
Kirill Budanov isə digər maraqlı məlumatları da paylaşıb: “Ukrayna kəşfiyyatçılarının Rusiya Federasiyasının Belqorod vilayəti ərazisində keçirdiyi əməliyyat zamanı düşmən canlı qüvvəsi itkilər verib. Ağır yaralananlardan biri tanınmış şəxs olub”.