Tərkibinə gömrük ödənişləri hesablanmış beynəlxalq poçt göndərişləri alıcıya yalnız bu ödənişlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2014-cü il 14 oktyabr tarixli 100/04/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsi Qaydası” əsasında ödənildikdən sonra verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Alıcı gömrük orqanı tərəfindən gömrük ödənişləri ilə bağlı hesablanmış məbləğə düzəliş olunması barədə ərizə ilə gömrük orqanına müraciət edə bilər. Bu halda beynəlxalq poçt göndərişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 2014-cü il 14 oktyabr tarixli 100/04/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsi Qaydası”nın 3.9-3.11-ci bəndlərinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə yubadılmadan beynəlxalq poçt mübadilə yerinə gömrük orqanlarına təqdim edilməsi üçün geri göndərilir.