Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, Mədəniyyət Nazirliyi bu barədə “Facebook” səhifəsində paylaşım edib.

Qeyd edək ki, müğənni  xərçəngdən əziyyət çəkirdi.

***

6 yanvar saat 21.46

Ankarada müalicə alan Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) durumu ağırdır.

Heftelik.az-ın məlumatına görə, Əməkdar artist Çingiz Əhmədov bildirib ki, prodüseri Raminlə danışıb, Aygün Bəylərin vəziyyəti yaxşı deyildi, vəfat edib, nəşini də bu gecə Bakıya gətirəcəklər.

Ancaq Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Əməkdar artistin hazırda süni tənəffüs aparatına qoşulduğunu, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcəyini açıqlayıb.

Qeyd edək ki, müğənni  xərçəngdən əziyyət çəkib.