Bölməli boru kəmərlərinin calaq birləşmələri kipləşdirici elastik halqalardan və ya hermetiklərdən istifadə etməklə elastiklik qabiliyyətinə malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
I və II qrup işlənmiş ərazilərdə tikilən binaların soyuq su kəməri girişlərində kompensasiya qurğuları nəzərdə tutulmalıdır. III və IV qrup işlənmiş ərazilərdə tikilən binaların girişlərində kompensasiya qurğuları girişin uzunluğu 20 m-dən artıq olduqda nəzərdə tutulmalıdır.
Binanın tikildiyi ərazidə işlənmə nəticəsində çıxıntıların yaranması gözlənilən hallarda yeraltı girişlər kanallarda çəkilməlidir. Bu zaman borunun üstü ilə kanal örtüyü arasındakı boşluq çıxıntının hesablama hündürlüyündən az olmamalıdır.