Dik boruların və paylayıcı qolların şaxtalarda, açıq şəkildə isə bağlayıcı, tənzimləyici və ölçü cihazlarının yerləşdirilməsi nəzərdə tutulmaqla duş kabinaları, mətbəxlər və digər oxşar otaqların divarları ilə çəkilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yaşayış binalarında suayırıcı armaturun avtonom qollarla mənzil kollektoruna birləşdirilməsinə yol verilir.
Tamamlama işlərinə yüksək tələblər irəli sürülən otaqlarda olan və polimer materiallardan (sanitar qovşaqlarındakı boru kəmərləri istisna olmaqla) olan bütün şəbəkələr gizli (divar, yaxud döşəmə içərisində) çəkilməlidir.
Yivlə birləşdirilən (divar səthində suayırıcı armaturların birləşdirilməsi üçün bucaqlıq istisna olmaqla) və calaq yerləri əlçatmaz olan polad boru kəmərlərinin gizli çəkilməsinə yol verilmir.