İstehsalat, köməkçi və ictimai binaların yanğın avadanlığı yerləşən dolablarında əlavə iki əl yanğınsöndürənin yerləşdirilməsi nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Hər bir yanğın kranı diametri onun diametrinə bərabər, uzunluğu 10, 15 və ya 20 m olan yanğın şlanqları və yanğın lüləsi ilə təchiz  edilməlidir.

Yanğın əleyhinə divarlarla ayrılmış binada və ya bina hissələrində eyni diametrə malik brandspoyt ucluğu, lülələr və yanğın kranları və eyni uzunluğa malik yanğın şlanqları nəzərdə tutulmalıdır.