“Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində – ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da əksini tapıb.
Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin 852/2004 (EC) saylı “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının CXC 1-1969 saylı “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.