Cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri tükəndikdə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən onlar insan hüquq və azadlıqlarının müdafiəsi üzrə beynəlxalq məhkəmələrə müraciət etməyə haqlıdırlar.