Daxili soyuq və isti su, kanalizasiya və suaxıdıcı sistemlərin tikintisində istifadə edilən borular, armatur, avadanlıq və materiallar bu normaların, texniki reqlamentlərin və digər normativ hüquqi aktların tələblərini ödəməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İsti və soyuq su sistemlərinin boru kəmərləri, xidmət müddəti suyun 200C temperaturunda və normativ təzyiqdə 50 ildən, 750C və normativ təzyiqdə 25 ildən az olmayan borulardan və birləşdirici detallardan inşa edilməlidir. Bu zaman sistemdə hidravlik müqavimət bütün istismar müddətində dəyişməməlidir.