Beynəlxalq poçt göndərişlərində göndərici və ünvançı olmayan şəxslər arasında mübadilə olunan cari və şəxsi yazışma xarakterli sənədlərin, habelə bütün növ yazışmaların (hesab və göndərişin tərkibi barədə açıqlama istisna olmaqla) göndərilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Beynəlxalq poçt göndərişlərinin içərisinə Azərbaycan Respublikasının digər poçt rabitəsi operatoru tərəfindən göndərilmə üçün qəbul edilən və rəsmiləşdirilən hər hansı poçt göndərişinin qoyulmasına yol verilmir.