Ünvançılar tərəfindən alınmamış daxili qeydiyyatlı poçt göndərişləri və pul köçürmələri geri ünvana qaytarılarkən poçt rabitəsi operatoru və istifadəçi arasında müqavilə ilə digər qayda nəzərdə tutulmayıbsa, göndəricidən poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun qaytarılma haqqı alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Göndərici geri qaytarılan göndərişi və ya pul köçürməsini almaqdan və göndərilmə haqqını ödəməkdən imtina etdikdə onlar paylanmayanlar siyahısına daxil edilməklə müvəqqəti saxlanmaya verilir.