Daxili sadə və sifarişli məktublarda yazışmalar, işgüzar sənədlər, fotoşəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmalar göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Daxili qiyməti bəyan olunmuş məktublarda və sənəd tərkibli sürətli poçt göndərişlərində qiymətli kağızlar və ya sənədlər, lotereya biletləri, fotoşəkillər, poçt markaları, əlyazmalar, məhkəmə işləri və göndərici və (və ya) ünvançı üçün qiymət kəsb edən digər sənədlər göndərilir. Sənəd tərkibli sürətli poçt göndərişlərində, həmçinin yazışmalar da göndərilir.