Təsərrüfat-içməli və ya təsərrüfat-yanğın əleyhinə su kəmərlərində hidrostatik basqı ən aşağıda yerləşmiş sanitariya cihazı qarşısında  45 m-dən çox olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Ayrılmış yanğın əleyhinə su kəmərləri sistemində ən aşağıda yerləşən yanğın kranı səviyyəsində hidrostatik basqı 90 m-dən çox olmamalıdır. Yanğın əleyhinə su kəməri şəbəkəsində hesablama təzyiq  0,45 MPa-dan  cox olduqda ayrıca yanğın əleyhinə su kəməri şəbəkəsi nəzərdə tutulmalıdır.