“İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat” inventarlaşdırılmada iştirak edən müfəttişlər, mütəxəssislər və digər iştirakçılar üçün məlumat materialı olmaqla yanaşı, istehsal prosesində tullantının təyin edilməsindən başlayaraq, son nəticə – “təhlükəli tullantıların təsnifat sisteminə uyğun kodunun müəyyən edilməsi”nə kimi olan mərhələləri əhatə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Bu Təlimat üç hissədən ibarət olub, inventarlaşdırılma prosesinin həyata keçirilməsinin aşağıdakı ardıcıllığını müəyyən edir:
– tullantının identifikasiyası;
– təhlükəli tullantının identifikasiyası;
– təhlükəli tullantılara təsnifat sisteminin tətbiqi.