Qida subyektləri ilkin istehsalla əlaqəli olan infrastrukturu, anbarları və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıyıcıları təmiz saxlamalı və dezinfeksiya etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”ndə əksini tapıb.
Qida subyektləri qida məhsulunun çirklənməsinin qarşısının alınması məqsədi ilə ilkin istehsal zamanı yaranan tullantıların kənarlaşdırılmasını və zərərli maddələrin həmin məhsullardan kənar (izolə edilməsini) və təhlükəsiz saxlanmasını təmin etməlidir.