Daxili su kəmərində layihə tapşırığına əsasən binanın perimetrinin hər 60-70 m uzunluğuna bina ətrafında torpaqda qazılmış kiçik quyuda və ya binanın xarici divarındakı oyuqda yerləşən bir sulama kranı nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sulama üçün ayrıca istehsalat məqsədli su (texniki su) kəməri ilə verilən sudan istifadə edilməlidir. Daxili su kəmərindən sulama üçün içməli su keyfiyyətində suyun verilməsi yalnız layihə tapşırığına əsasən nəzərdə tutulur. Sənaye müəssisələri ərazilərində yerləşən binalar üçün sulama kranları abadlıq dərəcəsindən, yaşıllıq sahəsinin olmasından və digər yerli şərtlərdən, həmçinin sulama üsulundan asılı olaraq nəzərdə tutulmalıdır.