Tullantıların inventarlaşdırılmasının həyata keçirilməsi “Tullantılar haqqında “Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq Beynəlxalq standartların və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında “Bazel konvensiyasının (bundan sonra Bazel konvensiyası) prinsiplərinə əsaslanaraq, təhlükəli tullantıların idarə olunması sahəsində yeni klassifikasiya sisteminin tətbiqinin və tullantının əmələ gəlməsi üzərində ətraflı monitorinqə nəzarət mexanizminin təmin edilməsi məqsədi ilə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Bu Təlimat Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış “İnkişaf üçün kredit haqqında Sazişin təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 898 nömrəli Sərəncamına əsasən Respublikada həyata keçirilmiş layihələrdən biri olan “Azərbaycanda Təhlükəli tullantıların idarə olunması sisteminin yaradılmasına texniki yardım” layihəsinin materialları əsasında hazırlanmaqla zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və xidmət sahələrində əmələ gələn tullantılarla bağlı münasibətləri tənzimləyir.