Tullantının təhlükəlilik xüsusiyyəti müəyyən edildikdən sonra, tullantının növü klassifikasiya olunur (siniflərə ayrılır).
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Bunun üçün qarışıqda olan ən təhlükəli kimyəvi maddələrdən başlanmalı və bu təlimata əlavədə göstərilən prioritet qaydaya uyğun düzülüş gözlənməlidir.
Prioritet qaydada düzülüşə görə təhlükəlilik xüsusiyyətləri ilə sağlamlığa və təhlükəsizliyə tez təsiredici xüsusiyyətlərə (partlayış, yanma) malik olan maddələrə, uzun müddətli təsir göstərənlərə nisbətən daha yüksək üstünlük verilir.