Binalarda və qurğularda ventilyasiya olunmayan kanalizasiya dik borularının və hava klapanları (vakuum əleyhinə) olan ventilyasiya olunmayan kanalizasiya dik borularının qurulmasına o şərtlə yol verilir ki, bu bina və qurğuların kanalizasiya sistemlərinin birləşdirildiyi xarici kanalizasiya şəbəkəsində ventilyasiya rejimi qorunsun.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Xarici kanalizasiya şəbəkəsinin ventilyasiya rejimini (xarici kanalizasiya şəbəkəsinin hesablama sahəsində verilən havadəyişmə mislini) təmin edən kanalizasiya sorucu dik borularının sayı n (22) düsturu ilə hesablanmalıdır.
, (22)
burada k – kanalizasiya şəbəkəsində bir sutkada havadəyişmə misli, (k=80-100 1/sut qəbul edilir);
W – kanalizasiya şəbəkəsinin hesablama sahəsinin həcmi, m3;
Q – diametri 100 mm olan bir kanalizasiya dik borusunun sorucu hissəsindən çıxan çirkli havanın hesablama sərfidir (Q=320 m3/sut qəbul edilir).