Boru kəmərlərinin binaların deformasiya tikişləri ilə kəsişməsinə yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Elastik konstruktiv sxemlə müdafiə olunan binalarda daxili kanalizasiya borularının binanın divar şırımlarında və ştrablarında gizli döşənməsinə yol verilmir. Binaların daxili kanalizasiyası üçün polimer materiallardan olan borulardan və birləşdirici hissələrdən istifadə edilməlidir.