Avtomatik yanğınsöndürmə sistemləri qurulduqda və (və ya) yanğınsöndürmə məntəqəsinə yanğın həyəcan siqnalı ötürüldükdə üçmərtəbəli evlər avtonom optik-elektron tüstü yanğın xəbərvericiləri ilə müstəqil və ya digər analoji xarakterli xəbərverici avadanlıqlarla təchiz oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda evin hər mərtəbəsində yanğın mənbəyinin yaranması haqqında vaxtında xəbər ötürmək üçün ən azı bir yanğın xəbərvericisi quraşdırılmalıdır. Tüstü xəbərvericiləri mətbəxdə, həmçinin vanna, duş və ayaqyolu otaqlarında quraşdırılmamalıdır.