Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində informasiya təminatı və xidmətlərin təşkili üzrə struktur qurumun baş məsləhətçisi və böyük məsləhətçisi (kompüter üzrə) xidmətlərin elektron qaydada göstərilməsi vəziyyətini gündəlik öyrənir, xidmətlərdə istifadə olunan informasiya resurslarının işləkliyinin təmin edilməsi məsələləri üzrə müvafiq struktur qurum qarşısında məsələ qaldırır və kompüter işçi stansiyalarına və digər informasiya-kommunikasiya avadanlıqlarına texniki xidmətin göstərilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu məsləhətçilər həmçinin Baş idarənin fəaliyyəti ilə bağlı elektron məlumat bazalarının yaradılmasında iştirak edir, onların mühafizəsini və sığorta nüsxələrinin yaradılmasını təmin edir və müvafiq texniki proqram kompleksinin və rabitə infrastrukturunun işlək vəziyyətdə saxlanılmasında, onun təkmilləşdirilməsi ilə bağlı işlərin aparılmasında iştirak edir.