Evlərin bünövrələri AzDTN 2.15-1-ə əsasən qruntların fiziki-mexaniki xarakteristikaları, tikinti meydançasında hidrogeoloji rejim xarakteristikaları, həmçinin qruntların bünövrəyə və yeraltı mühəndis şəbəkəsinə münasibətdə qrunt sularının aqressivlik dərəcəsi nəzərə alınmaqla layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bünövrə qrunt əsasın yolverilən bərabər çökməsini təmin etməlidir. Svay bünövrələr AzDTN 2.15-2-yə müvafiq olaraq layihələndirilməlidir.