Böyük binalarda (ticarət-əyləncə, çoxfunksiyalı, sənaye və s.) su tələbatı balansını ən azı 25% azaltmaq məqsədilə yağış sularının daxili axıntı sistemindən tullantı sularından təkrar istifadə edilmə sisteminə axıdılması üçün miqdarı hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Binalarda su təchizatı və isti su boru kəmərlərinin çəkilməsi və girişlərin qurulması bu normaların tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir. Daxili su təchizatı, kanalizasiya sistemlərinin və drenajların boru kəmərlərinin istismar zamanı və fövqəladə hallarda bina və qurğuların (əsaslar, bünövrələr, divar və döşəmə konstruksiyaları) yük daşıyan elementlərinin və konstruksiyalarının zəifləməsi ilə əlaqəli olduğu yerlərdə çəkilməsinə yol verilmir.