Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək və qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Dövlət notariat arxivinin maliyyə təminatının və maddi təchizatının yaxşılaşdırılması üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək və vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək də bu hüquqlar sırasındadır.