Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi Baş idarənin, qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin və Dövlət notariat arxivinin işçilərini ölkə daxilində xidməti ezamiyyətə göndərir və qeydiyyat şöbələrinin və dövlət notariat ofislərinin yardımçı vəzifə tutan və dövlət qulluqçusu olmayan işçilərinə həvəsləndirmə tədbirləri və intizam tənbehi tətbiq edir, onlara ixtisas dərəcələri verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin rəhbərləri istisna olmaqla, digər işçilərinə məzuniyyət verir və qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin yardımçı vəzifə tutan işçilərinin qulluq illərinin hesablanmasını təşkil edir.