Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin vəzifələri sırasına qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün təhlükəsizlik tədbirləri görmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Aparılan islahatlar nəticəsində struktura daxil olan qurumların fəaliyyətini müasir tələblərə cavab verən yeni işgüzar prosedurlar əsasında təşkil etmək və fəaliyyət istiqamətləri üzrə və Nazirliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək də bu vəzifələr sırasındadır.