Dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemini təşkil edən vahid xəzinə hesabı Azərbaycan Respublikasının dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə, büdcədənkənar dövlət fondlarına, ƏDV depozit hesabına, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarına, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrinə məxsus olan pul vəsaitlərinin vahid hesaba toplanmasını və həmin pul vəsaitlərinin bu hesab vasitəsilə istifadə edilməsini təmin edən bank hesabıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.