Azərbaycan Respublikası adından bağlanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu hallarda həmin ödənişlər dövlət büdcəsinin kəsirinin bağlanması üzrə xəzinə uçotuna alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Düzgün tutulmamış və ya artıq ödənilmiş vəsaitlər (vergi, dövlət rüsumu, məcburi dövlət sosial sığorta haqları, icbari tibbi sığorta, işsizlikdən sığorta və sair ödəmələr) qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılarkən xəzinə uçotunda nəzərə alınır.