Yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası olacaq.
Heftelik.az-ın məlumatına görə, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Xatırladaq ki, iki ölkənin baş nazir müavinlərinin iştirakı ilə görüş 2023-cü ilin noyabrın 30-da baş tutub.