Evin səmərəli texniki-iqtisadi xarakteristikalarına nail olunması və isitməyə enerjinin xüsusi sərfinin gələcəkdə azaldılması məqsədilə nələrin nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Evin səmərəli texniki-iqtisadi xarakteristikalarına nail olunması və isitməyə enerjinin xüsusi sərfinin gələcəkdə azaldılması məqsədilə aşağıdakılar nəzərdə tutulmalıdır:
– yığcamlıq göstəricilərinin yaxşılaşdırılmasını təmin edən həcmi-planlaşdırma həlləri;
– soyuq küləyin üstün istiqamətləri və günəş radiasiya selini nəzərə almaqla evin və onun sahələrinin rasional istiqamətlənməsi;
– faydalı iş əmsalını artırmaqla səmərəli mühəndis avadanlıqlarının tətbiqi;
– enerji qoruyan süni işıqlandırma mənbələrinin tətbiqi;
– kənarlaşdırılan hava və tullantı sularının istiliyindən, bərpa olunan enerji mənbələrindən (günəş, külək) istifadə edilməsi.