Fərdi yaşayış evinin elementlərinin konstruktiv həllərində (o cümlədən boşluqların yerləşdirilməsi, boru xətlərinin çəkilmə yerlərinin kipləşdirmə üsulları, havalandırma boşluqlarının qurulması və istilik izolyasiyasının yerləşməsi və s.) gəmirici və həşəratların evə daxil olmasına qarşı mühafizə tədbirləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evinin mühəndis (qaz, elektrik, su, istilik təchizatı və s) sistemləri layihələndirilərkən və quraşdırılarkən, istifadə olunan avadanlıqları hazırlayan müəssisələrin təlimatlarındakı göstərişlər nəzərə alınmalıdır. Bununla yanaşı, qızdırıcı avadanlıqların əlçatan hissələrinin və istilik ötürən boru kəmərlərinin səthlərindəki temperatur, əgər insanın onlara toxunmasını məhdudlaşdıran tədbirlər görülməyibsə 70° C-ni və digər hallarda 90° C-ni aşmamalıdır. Digər boru kəmərlərinin və tüstü bacalarının səthinin temperaturu 40°c- ni, hava istilik cihazlarının buraxılış deşiyindən 10 sm məsafədə isti havanın temperaturu 70°c-ni, isti su təchizatı sistemində isti suyun temperaturu 60° C-ni aşmamalıdır.