Kənarlaşdırıcı basqılı və basqısız (özüaxımlı) boru kəmərlərinin hidravlik hesabatı boruların materialının kələ-kötürlüyü və mayenin özlülüyü nəzərə alınmaqla yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Basqısız kanalizasiya boru kəmərlərinin hesabatı mayenin hərəkət sürəti V, m/s, və boru kəmərinin dolma dərəcəsi h/d təyin edilməklə yerinə yetirilməli və (23) düsturunda verilmiş şərti ödəməlidir.
, (23)
burada K= 0,5 – polimer materiallardan olan boru kəmərləri üçün;
K = 0,6 – digər materiallardan olan boru kəmərləri üçün.
Öz-özünü təmizləmə rejimini təmin etmək üçün mayenin borularda hərəkət sürəti 0,7 m/s-dən, boru kəmərlərinin dolma dərəcəsi isə 0,3-dən az olmamalıdır.
Kənarlaşdırılan tullantı suyu sərfinin az olması səbəbindən (23) şərtini yerinə yetirmək mümkün olmayan hallarda özüaxımlı boru kəmərlərinin hesablanmamış sahələrinin mailliyi 1/d-dən az olmamalıdır (burada d – boru kəmərinin xarici diametridir, mm).
İstehsalat kanalizasiya sistemlərinin boru kəmərlərində mayenin hərəkət sürəti və boruların dolma dərəcəsi istehsalat tullantı sularının nəql etdirilmə zəruriliyindən asılı olaraq təyin edilir.